Şimal bölgəsində qeyri-sabit hava şəraiti davam edir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iki günlük fasilədən sonra bu gün səhər Qubanın Xınalıq kəndinə yenidən qar yağıb. Bir müddət sonra qarı yağış əvəz edib.
Quba ərazi hidrometeorologiya müəssisəsindən Bizim.Media-ya verilən məlumata görə, hazırda şimal bölgəsi rayonlarında havanın temperaturu günəşli günlərlə müqayisədə 10 dərəcə aşağı düşüb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu