Ukrayna Silahlı Qüvvəllərinin xoru İslam dünyasını belə təbrik etdi – VİDEO 

Ukrayna Silahlı Qüvvəllərinin xoru İslam dünyasını belə təbrik etdi – VİDEO 

Hazırda oxunan: Ukrayna Silahlı Qüvvəllərinin xoru İslam dünyasını belə təbrik etdi – VİDEO 

72439

Ukrayna Silahlı Qüvvələrinin xoru Salavat-ı Şərif oxuyaraq müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı video paylaşıb.  

Videoda türkcə “Ramazan bayramınız mübarək” ifadələri də yer alıb. 

“Hörmətli Ukrayna müsəlmanları, əsgərlər və mülki şəxslər, digər ölkələrdən olan tərəfdaşlarımız! Ukrayna Silahlı Qüvvələri Ramazan bayramını təbrik edir və Ukraynanın ərazi bütövlüyünün bərpası istiqamətində birgə hərəkətləriniz üçün sizə səmimi təşəkkür edir. 

Fitrə bayramının başladığı bu gündə insan şəxsiyyətinin mənəvi komponentinə böyük əhəmiyyət verilir, buna görə də müsəlmanlar ənənəvi olaraq bu gecəni qohumları ilə bir araya gələrək Allaha dua edərək keçirəcəklər.
Sizi bayramınız münasibətilə təbrik edir və səmimi qəlbdən ümid edirik ki, Tanrı Ukraynanın birliyi və Krımın azad edilməsi, bütün qaçqınların öz evlərinə qayıtması, Rusiya təcavüzü nəticəsində parçalanmış ailələrin birləşdirilməsi, bütün insanların azad edilməsi üçün dualarınızı eşidir” – deyə Ordunun sosial media hesabından paylaşılan videosunda qeyd edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO