Paytaxtın mərkəzində işıqfor bir həftədir ki, İŞLƏMİR – AYDA qazmalıdır, BNA isə montaj eləməlidir - VİDEO

Paytaxtın mərkəzində işıqfor bir həftədir ki, İŞLƏMİR – AYDA qazmalıdır, BNA isə montaj eləməlidir - VİDEO

Hazırda oxunan: Paytaxtın mərkəzində işıqfor bir həftədir ki, İŞLƏMİR – AYDA qazmalıdır, BNA isə montaj eləməlidir - VİDEO

68764

Paytaxtın Cəfər Xəndan küçəsində bir həftədir ki, işıqfor işləmir.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. İşıqforların işləməməsi nəqliyyatın və piyadaların hərəkətini çətinləşdirib.

Qeyd edilib ki, sözügedən küçədə artıq 1 həftədən çoxdur ki, işıqfor işləmədiyindən çarəsiz sürücülər etik qaydada bir-birinə yol verməklə qəza şəraitindən yayınmağa çalışırlar.
 

MÖVZU İLƏ BAĞLI:

BNA yenə vədinə ƏMƏL ETMƏDİ - 3 məktəblinin öldüyü yola piyada keçidi niyə SALINMIR? - VİDEO


Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən (BNA) Bizim.Media-ya bildirilib ki, Azadlıq prospektindəki problem yaxın vaxtlarda yoluna qoyulacaq.

“Həmin ərazidə kabel yenilənməlidir və bunun üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qazıntı işləri aparmalıdır. Quruma bununla bağlı müraciət edilib və işıqfor həftəsonu təmir olunacaq”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə saytımıza açıqlamasında məsələnin BNA-nın səlahiyyəti çərçivəsində olduğunu bildirib:

“Bu iş Bakı Nəqliyyat Agentliyinin işidir. Sifarişçi olaraq o qurum bizə məxsus  hansısa bir yol təşkilatı ilə müqavilə imzalayır. Həmin müqavilə əsasında sözügedən təşkilat gəlib bu işi həyata keçirir və buna görə də ödəniş alır. Yəni sifarişçi Bakı Nəqliyyat Agentliyidir. Qurum hansı təşkilatla müqavilə bağlayıbsa, ondan öyrənsin ki, nə zaman qazıntı işi aparılacaq”. 

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO