Bakıda döyüş sursatları tapıldı - VİDEO 

Bakıda döyüş sursatları tapıldı - VİDEO 

Hazırda oxunan: Bakıda döyüş sursatları tapıldı - VİDEO 

67284

Bakıda silah-sursat tapılıb. 

Bizim.Media-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd partladıcısı üzərində olan UZRQM-2, 95 ədəd müxtəlif çaplı patron, 1 ədəd avtomat darağı və 1 ədəd döyüş bıçağı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO