MN-in hərbi liseylərinə qəbul qaydaları açıqlandı - VİDEO 

MN-in hərbi liseylərinə qəbul qaydaları açıqlandı - VİDEO 

Hazırda oxunan: MN-in hərbi liseylərinə qəbul qaydaları açıqlandı - VİDEO 

62307

Azərbaycan Müdafiə Nazirliyinin hərbi liseylərinə 2022/2023-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları açıqlanıb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, cari il ümumtəhsil müəssisələrində orta təhsil səviyyəsini bitirən, qəbul ilində 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan Azərbaycanın kişi cinsli vətəndaşları qəbul edilirlər.

Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 51 AZN məbləğində müavinət alırlar.

Hərbi liseylərə qəbul olmaq istəyən namizədlər 01 aprel 2022-ci il tarixdən 30 aprel 2022-ci il tarixədək ərizə ilə Lisey rəisinə müraciət etməlidirlər.

Namizədlər müraciət etdikləri Hərbi Liseydə yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.

Hərbi həkim komissiyasının qərarına əsasən Hərbi Liseydə təhsil almağa yararlı hesab edilən namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldurur, şifrə və iş nömrəsini çap edir, sonra həmin şifrə və iş nömrəsi ilə Hərbi Liseyin Sənəd Qəbulu Komissiyasına gələrək elektron ərizə formasını təsdiq edirlər.

Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunan müddətdə namizədlər Dövlət İmtahan Mərkəzinin rəsmi elektron saytında şifrə və iş nömrəsini daxil etməklə qəbul imtahanına buraxılış vərəqəsi alırlar.

Ümumi orta təhsil haqqında attestatda hər hansı bir fənn üzrə yekun qiymət “2” olan namizədlərə imtahana buraxılış vərəqəsi verilmir və onlar Hərbi Liseyə qəbul olunmurlar. 

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır.

Namizədlər Hərbi Liseylərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanının nəticələrinə əsasən qəbul edilirlər.

Ətraflı məlumatı linkə keçid edərək əldə edə bilərsiniz.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO