Nənəsigilə qonaq gedən qız qaçırıldı - Hadisənin TƏFƏRRÜATI - VİDEO

Nənəsigilə qonaq gedən qız qaçırıldı - Hadisənin TƏFƏRRÜATI - VİDEO

Hazırda oxunan: Nənəsigilə qonaq gedən qız qaçırıldı - Hadisənin TƏFƏRRÜATI - VİDEO

605733

Xəbər verdiyimiz kimi, aprelin 3-də Tovuz rayonunda qız qaçırma hadisəsi baş verib. Rayonun Əlibəyli kənd sakinləri nənəsigildə qonaq olan 18 yaşlı qızı qaçırıblar.

Bizim.Media xəbər verir ki, Baku TV-yə açıqlama verən oğlanın atası Cəlal Məmmədov gənclərin bir-birini sevdiyini bildirib:
 

"Qız özü deyib ki, oğlanı sevirəm, əgər ona getməsəm, özümü öldürəcəyəm. Onlar tətil günlərində vaxtlarını bir yerdə keçirirdilər. Artıq barışıq əldə olunub, qızın atası şikayət ərizəsini geri götürür. Qızın 18 yaşı tamam olub, yəni nikah yaşına çatıb".


Hadisəyə münasibət bildirən qızın nənəsi isə qeyd edib ki, gənclər əvvəllər bir-birlərini sevsələr də, sonradan qız bu izdivacı istəməyib.

Onun sözlərinə görə, məhz bu səbəbdən oğlan qızı qaçırmaq qərarına gəlib. Lakin nənə hazırda tərəflərin razılığa gəldiyini təsdiqləyib.

Məlumata görə, ailələr arasında yaranan narazılıq artıq həllini tapıb və şikayət geri götürülüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO