Şəhidlər xiyabanı 20 Yanvar gününə belə hazırlanır – VİDEOREPORTAJ

Şəhidlər xiyabanı 20 Yanvar gününə belə hazırlanır – VİDEOREPORTAJ

Hazırda oxunan: Şəhidlər xiyabanı 20 Yanvar gününə belə hazırlanır – VİDEOREPORTAJ

591129

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ənənəvi olaraq Şəhidlər Xiyabanında geniş təmizlik və abadlıq işləri görülür. 

Hazırlıq işlərinə yanvar ayının 6-dan etibarən başlanılıb. Zədələnmiş plitələr dəyişdirilib, ağacların budaqları və bəzi kollar budanır, qazon örtüyü yenilənir, yeni güllər və kollar əkilir, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanıldı


Azadlığımızın memarlarının dəfn olunduğu Şəhidlər xiyabanı ərazisində bu il də faciəni anmaq məqsədilə müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır.

Bu işlərə isə təcrübəli mütəxəssislər və landşaft-dizaynerləri cəlb olunub. 

Hazırlıq işlərinin getməsinə baxmayaraq şəhidlərimizin əziz xatirəsini ziyarət etmək üçün artıq şəhid ailələri, məktəblilər qruplar şəklində Şəhidlər xiyabanına gəlməyə başlayıblar.

Qeyd edək ki, hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması nəzərdə tutulub. 

Yanvarın 20-si səhər saatlarından etibarən Şəhidlər xiyabanı kütləvi ziyarətə açıq olacaq və xalqımız tariximizin ən qanlı faciələrindən birini 36-cı dəfə anacaq.


Fatimə Əliyeva, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO