MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO

MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO

Hazırda oxunan: MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO

586628

Əvvəllər mənzil bazarında geniş yayılmış daxili kreditlə satış imkanları demək olar ki, azalıb. Bir çox Mənzil-Tikinti Kooperativləri 4-5 illik, hətta faizsiz daxili ödəniş şərtləri ilə mənzil təklif edirdilər. Son vaxtlarda isə buna az rast gəlinir.

Bizim.Media xəbər verir ki, mövzuya əmlak məsələləri üzrə ekspert Şaiq Əliyev münasibət bildirib.

Onun sözlərinə görə, daxili kreditlərin azalmasının əsas səbəblərindən biri Bakıda tikintinin əvvəlki illərlə müqayisədə xeyli zəifləməsidir.
 

Ekspert bildirib ki, tikintinin azalması daxili kreditlə satışlara da birbaşa təsir göstərib. Nəticədə, bazarda tələbin də zəifləmiş olduğu müşahidə olunur.


Şaiq Əliyev vurğulayıb ki, tikinti sahəsində canlanma və daxili kredit imkanlarının bərpası mənzil bazarında tələbi yenidən artıra bilər.

Daha ətraflı Xəzər TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO