Həkəri dəmir yolu stansiyası bu ərazidə yerləşəcək – FOTO/VİDEO

Həkəri dəmir yolu stansiyası bu ərazidə yerləşəcək – FOTO/VİDEO

Hazırda oxunan: Həkəri dəmir yolu stansiyası bu ərazidə yerləşəcək – FOTO/VİDEO

578228

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, oktyabrın 31-də ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər.

Bizim.Media xəbər verir ki, səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirak edir.
 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan səfər zamanı diplomatik korpus nümayəndələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan bərpa və yenidənqurma işləri ilə əyani tanış olublar.


Daha sonra onlar Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsində yerləşən Həkəri dəmir yolu stansiyasına baş çəkiblər.

Sözügedən stansiya Zəngəzur dəhlizinin tərkib hissəsi olacaq.

Həmin kadrları təqdim edirik:
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO