Rusiyada polis idarəsi belə partladıldı – ANBAAN VİDEO

Rusiyada polis idarəsi belə partladıldı – ANBAAN VİDEO

Hazırda oxunan: Rusiyada polis idarəsi belə partladıldı – ANBAAN VİDEO

37230

Rusiyanın Voronej vilayətinin Liski şəhərində polis idarəsinə hücum edən bir nəfərin görüntüləri əldə edilib.

Bizim.Media xəbər verir ki, video 16 sentyabr cümə axşamı günü REN TV kanalında yayılıb.

Kadrlarda silahlı naməlum şəxsin güllə keçirməyən jilet və hərbi forma geydiyi görünür. Qeyd olunur ki, hadisə nəticəsində bir hüquq-mühafizə orqanının əməkdaşı yaralanıb.

Telekanalın məlumatına görə, özəl mühafizə şirkətinin 34 yaşlı əməkdaşı polis idarəsinə hücum etməkdə şübhəli bilinir. O, əraziyə gümüşü rəngli “Lada Niva” avtomobili ilə gəlib.

Hazırda xüsusi təyinatlılar təcavüzkarı axtarır. Onun şəkilləri qonşu bölgələrə də göndərilib. Bundan əlavə, axtarışlar havadan helikopterlər vasitəsi ilə də aparılır.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO