III Bakı Təhlükəsizlik Forumu dünya mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ – VİDEOSÜJET

III Bakı Təhlükəsizlik Forumu dünya mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ – VİDEOSÜJET

Hazırda oxunan: III Bakı Təhlükəsizlik Forumu dünya mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ – VİDEOSÜJET

273399

“Şərqlə Qərbi birləşdirən, sülh və diplomatiya tərəfdarı olan bir regionda keçirilən Bakı Təhlükəsizlik Forumu yenidən qlobal təhlükəsizlik haqqında əsas müzakirələrin məkanına çevrilir”.

Bizim.Media xəbər verir ki, bu barədə "Euronews" telekanalının "Bakı Təhlükəsizlik Forumu 2025: terrorizm, kibertəhdidlər və qlobal böhranlar" adlı videosüjetində qeyd edilib.
 

MÖVZU İLƏ BAĞLI:

III Bakı Təhlükəsizlik Forumu KEÇİRİLDİ - FOTO/VİDEO


Süjetdə bildirilib ki, forum 80-dən çox dövlətin nümayəndələrini bir araya gətirib. İştirakçılar təhlükəsizlik sahəsində sərhədlərarası əməkdaşlığın gücləndirilməsi məqsədilə terrorizm, kibercinayətkarlıq, dezinformasiya və humanitar böhranlarla mübarizəni müzakirə ediblər.

Telekanal, həmçinin BMT-nin ilk dəfə forumda təmsil olunduğuna diqqət çəkib. Vurğulanıb ki, bu, praktiki nəticələrə yol açan beynəlxalq dialoqun əhəmiyyətini əks etdirir.

Bundan əlavə, reportajda qeyd edilib ki, forum Azərbaycan və Ermənistan kimi münaqişələrə cəlb olunmuş ölkələr arasında konstruktiv dialoq üçün platforma olub.

"Geosiyasi gərginlikdən, təhlükəsizlik prioritetləri və çoxtərəflilik haqqında yenilənmiş müzakirələrdən praktikaya qədər danışıqlar müasir qlobal təhlükəsizlik çağırışlarının təxirəsalınmazlığını və mürəkkəbliyini əks etdirirdi", - "Euronews"in süjetində bildirilib.


Xatırladaq ki, 2025-ci il sentyabrın 21-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusunda III Bakı Təhlükəsizlik Forumu keçirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO