Heydər Əliyev prospektində piyadanı maşın vuraraq öldürdü – ANBAAN VİDEO

Heydər Əliyev prospektində piyadanı maşın vuraraq öldürdü – ANBAAN VİDEO

Hazırda oxunan: Heydər Əliyev prospektində piyadanı maşın vuraraq öldürdü – ANBAAN VİDEO

255695

Yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, 10 zolaqlı yolun hərəkət hissəsindən keçən iki piyadadan birini avtomobil vurub.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Qeyd olunub ki, paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, “ASK Arenanın” qarşısında piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib:
 

"Yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, 2 piyada yolun hərəkət hissəsindən keçib və onlardan birini minik avtomobili vurub. Piyada hadisə yerindəcə həyatını itirib.


Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaransa da, polis əməkdaşları tərəfindən görülən zəruri tədbirlər nəticəsində hazırda avtomobillərin sərbəst hərəkəti təmin edilib".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO