Medinski: “Saat 10-dan etibarən Ukrayna nümayəndələrini gözləyəcəyik” – VİDEO

Medinski: “Saat 10-dan etibarən Ukrayna nümayəndələrini gözləyəcəyik” – VİDEO

Hazırda oxunan: Medinski: “Saat 10-dan etibarən Ukrayna nümayəndələrini gözləyəcəyik” – VİDEO

249611

“Rusiya nümayəndə heyəti cümə günü səhər saat 10-dan etibarən Ukrayna tərəfini gözləyəcək, onlar görüşə gəlməlidir.”

Bizim.Media xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri, Vladimir Putinin köməkçisi Vladimir Medinski İstanbulda jurnalistlərə açıqlamasında bildirib. 

Rusiya nümayəndə heyətinin rəhbəri əlavə edib ki, Rusiya tərəfi Türkiyə xarici işlər naziri ilə səmərəli görüş keçirib və Moskvanın mövqeyini izah edib.

Qeyd edək ki, mayın 15-də Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların baş tutması planlaşdırılsa da, görüş reallaşmayıb. Müzakirələrin bu gün başlayacağı gözlənilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO