“Rus”laşan heykəllərimiz – Adlar niyə KİRİL əlifbasında SAXLANILIB? – FOTO/VİDEO

“Rus”laşan heykəllərimiz – Adlar niyə KİRİL əlifbasında SAXLANILIB? – FOTO/VİDEO

Hazırda oxunan: “Rus”laşan heykəllərimiz – Adlar niyə KİRİL əlifbasında SAXLANILIB? – FOTO/VİDEO

246071

Bildiyiniz kimi, Azərbaycan əlifbasının bərpası haqqında 1991-ci ildə qəbul olunmuş qanun ilə Azərbaycan dilində yazı latın qrafikası ilə aparılır. Çünki ölkəmiz həmin il müstəqilliyini yenidən əldə etdi. 

Ancaq 34 il keçməsinə baxmayaraq, ölkədə bəzi adlar hələ də kiril əlifbasında qalıb.

Üstəlik 2001-ci il iyunun 18-də Azərbaycan prezidenti "Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb.

Fərmana əsasən, 2001-ci il avqustun 1-dən etibarən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib, respublikanın bütün idarələrində rəsmi yazışmalar yalnız latın qrafikasında aparılmağa başlanıb.

Bizim.Media əməkdaşının müşahidələrinə görə dahi şairimiz Səməd Vurğunun adı verilən bağda onun və Milli Konservatoriyanın qarşısında  Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun ucaldılan heykəlləri üzərindəki yazılmış lövhələri hələ də kiril əlifbası ilə saxlanılıb.

Səməd Vurğunun tək adı deyil, onun dillər əzbəri olan şeirindən bir parça da kiril qrafikasındadır.

Məgər Üzeyir bəy kimi görkəmli şəxslərin arzusu müstəqil Azərbaycanı görmək olmayıb? Bəs, azərbaycanlı bəstəkar, musiqişünas, publisist Üzeyir Hacıbəyovun heykəlində onun adı

Eləcə də Azərbaycan dilinin zənginləşməsində rolu böyük olan şairin adı öz əlifbamızla yazılsa, sözsüz ki, daha məqsədəuyğun olar. 

Nəzərə almaq lazımdır ki, 34 ildir ki, müstəqil olan bir ölkənin bəstəkarının, şairinin adının Azərbaycan əlifbasıyla yazılmaması heç də xoş hal deyil. 

Üstəlik kiril əlifbasında olan lövhə və yazılar Azərbaycan cəmiyyətinin hələ də keçmiş SSRİ-nin təsirində qalması kimi qəbul olunur.

Bəs, aidiyyəti qurumlar illərdir ki, məsələyə niyə biganəlik nümayiş etdirirlər?

Mövzuyla bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlasaq da, onlardan hər hansı cavab ala bilmədik.

Məsələni diqqətdə saxlayacağıq.
















Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO