Rusiyalı mərhum siyasətçi Vladimir Jirinovskinin Pakistan-Hindistan müharibəsi ilə bağlı proqnozu üzə çıxıb.
Bizim.Media xəbər verir ki, siyasətçi 2004-cü ildə verdiyi müsahibədə iki ölkə arasında nüvə müharibəsinin olacağını proqnozlaşdırıb.
O, bu müharibə nəticəsində ən azı 200 milyon insanın öləcəyini bildirib.
Jirinovski həmçinin Hindistan və Pakistan arasında münaqişənin qızışdırılmasını Çin və Rusiyaya qarşı qlobal xüsusi əməliyyatın bir hissəsi kimi təqdim edib.
Qeyd edək ki, 26 mülki şəxsin ölümü ilə nəticələnən Pahalqam terror hücumundan sonra Hindistan və Pakistan arasında gərginlik artıb.
Aprelin 23-də Pakistan Hindistan təyyarələri üçün hava məkanını bağlayıb. Aprelin 24-də isə Hindistan Hind çayının qarşısını kəsərək Pakistana axını əngəlləyib. Bu gün gecə saatlarından etibarən isə sərhəd bölgəsində silahlı toqquşmalar başlayıb.
Bizim.Media