"Koroğlu" stansiyasından sərnişinlər niyə çıxarılır? - AÇIQLAMA - VİDEO

"Koroğlu" stansiyasından sərnişinlər niyə çıxarılır? - AÇIQLAMA - VİDEO

Hazırda oxunan: "Koroğlu" stansiyasından sərnişinlər niyə çıxarılır? - AÇIQLAMA - VİDEO

239689

Sosial şəbəkələrdə "Bakı Metropoliteni"nin "Koroğlu" stansiyasından sərnişinlərin çıxarıldığına dair görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, görüntülərdə sərnişinlərin stansiyanın çıxışında, yeraltı keçiddə hərəkət etməkdə çətinlik çəkdikləri əks olunub.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metropolitenin infrastrukturu ilə bağlı heç bir texniki problem olmayıb.

"Koroğlu" stansiyası infrastrukturu ilə bağlı texniki xarakterli problem yoxdur. Sərnişin sıxlığı müşahidə olunur. Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən, qatarlar saz vəziyyətdədir", - deyə o qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO