Vətən müharibəsi şəhidlərinin xatirəsi anıldı - FOTO/VİDEO

Vətən müharibəsi şəhidlərinin xatirəsi anıldı - FOTO/VİDEO

Hazırda oxunan: Vətən müharibəsi şəhidlərinin xatirəsi anıldı - FOTO/VİDEO

233982

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Asiman Əliyev və Zaur İsmayılzadənin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib. Müdafiə Nazirliyinin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, kursant yoldaşları, döyüş yoldaşları və digər qonaqların iştirak etdiyi mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, çıxış edənlər şəhidlərimizin şərəfli həyat və döyüş yoluna nəzər salıb, orta məktəbdə və xüsusi təyinatlı təhsil müəssisələrində təhsil aldıqları müddətdə hərb peşəsinə olan marağından, nizam-intizamından və məsuliyyətindən danışıblar.

Mərasimlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun apardığı uğurlu döyüş əməliyyatlarından, qazanılan tarixi qələbələrdən, bu şanlı qələbələrin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq nümunələrindən söz açıblar.

Sonra şəhidlərimizin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən fotolar və videosüjetlər nümayiş etdirilib.
 

Şəhidlərimizin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Anım mərasimlərində şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqi əsərləri səsləndirilib.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO