Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarənin qalıqları hadisə yerindən götürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər “Telegram”ın Qazaxıstan seqmentində yayılıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.
İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.
Bizim.Media
- A-
- A
- A+
Günün videosu
16:27 / 03.01.2025
AZAL-ın təyyarəsinin qalıqları qəza yerindən GÖTÜRÜLDÜ – VİDEO
Hazırda oxunan: AZAL-ın təyyarəsinin qalıqları qəza yerindən GÖTÜRÜLDÜ – VİDEO
Hazırda oxunan: AZAL-ın təyyarəsinin qalıqları qəza yerindən GÖTÜRÜLDÜ – VİDEO
228329
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.