İran Zəngəzur dəhlizinə qarşı çıxan əsas ölkədir. Tehran bu mövzuda İrəvana dur desə durur, otur desə oturur. İranın vitse-prezidenti yaxın günlərdə Ermənistana səfər etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə İTV-nin “Yekun Xəbər” proqramında deyilir.
MÖVZU İLƏ BAĞLI:
İran-Rusiya ANLAŞMAZLIĞI – Köhnə dostların Zəngəzurda toqquşan MARAQLARI
Aparıcının sözlərinə görə, İranın azərbaycanlı olan prezidenti Pezeşkian isə hərdən azərbaycanca danışmaqla kifayətlənir:
“İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının əsas səbəblərindən biri gəlirlərdir. Hazırda Azərbaycanın əsas hissəsindən Naxçıvana gediş-gəliş İran ərazisindəndir. Bütün yüklər bu ölkə vasitəsilə daşınır.
İran bu tranzitdən külli miqdarda pul qazanır. Zəngəzur dəhlizi açılacağı təqdirdə İranın gəlirləri azalacaq. Naxçıvan üçün isə Zəngəzur dəhlizi hava-su kimi lazımdır. Həm Azərbaycanın əsas hissəsi ilə quru yolu bərpa ediləcək, həm də yüklər gömrük rüsumundan azad olacaq”.
Daha ətraflı videomaterialda:
Bizim.Media