Yusuf Dikeç Lamiyə Vəliyevaya təşəkkür etdi - VİDEO

Yusuf Dikeç Lamiyə Vəliyevaya təşəkkür etdi - VİDEO

Hazırda oxunan: Yusuf Dikeç Lamiyə Vəliyevaya təşəkkür etdi - VİDEO

209959

Paris-2024 Yay Olimpiya oyunlarında atıcılıq üzrə gümüş medal qazanan türkiyəli idmançı Yusuf Dikeç paralimpiyada qaçış üzrə çempion Lamiyə Vəliyevaya təşəkkür edib. 

Bizim.Media xəbər verir ki, bu barədə idmançı videoçarx paylaşıb. 
 

MÖVZU İLƏ BAĞLI:

“Paris-2024”: Lamiyə Vəliyeva Paralimpiya çempionu olub yeni dünya rekordu müəyyənləşdirdi - VİDEO


Yusuf Dikeç Lamiyəni çempion olmağı münasibəti ilə təbrik edib. 

“Qardaş ölkə can Azərbaycana sonsuz sevgi və salamlarımı göndərirəm. İki dövlət bir millət fikri bir daha gerçək oldu. Sənə qucaq dolusu salamlar göndərirəm. Uğurların davamlı olsun”, - deyə idmançı bildirib. 

Qeyd edək ki, Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan paratleti Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışında qızıl medal qazanıb. O rekorda imza ataraq çempion olduqdan sonra Yusuf Dikeçin "əli çibində atəş açma" hərəkətini göstərib. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO