"Alov Qüllələri" arasındakı kəndirdə gəzən şəxs kimdir? – VİDEO

"Alov Qüllələri" arasındakı kəndirdə gəzən şəxs kimdir? – VİDEO

Hazırda oxunan: "Alov Qüllələri" arasındakı kəndirdə gəzən şəxs kimdir? – VİDEO

207315

Bakıda səhər saatlarında "Alov Qüllələri" binaları arasında çəkilən ip üstündə gəzən kəndirbaz sakinlərin diqqətini çəkib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayılıb. 

Məsələnin nə olduğunu bilməyən sosial şəbəkə istifadəçiləri arasında panika yaranıb. 
 

"Alov Qüllələri"nin  satış və marketinq direktoru Doğu Yaman oxu.az-a enerji içkisi şirkətlərindən birinin Azərbaycan və Bakının qlobal tanıtımı üçün Dövlət Turizm Agentliyinin dəstəyi ilə reklam çarxı çəkdiyini bildirdi. Onun sözlərinə görə, "ip üzərində akrobatika" səhnəsi videoçarxın bir hissəsi olacaq. 


Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətindən kəndirbazlıq səhnəsinin videoçarx üçün çəkildiyi təsdiqləndi. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO