Qubada SELİN FƏSADLARI – Kəndlərlə əlaqə KƏSİLDİ – FOTO/VİDEO 

Qubada SELİN FƏSADLARI – Kəndlərlə əlaqə KƏSİLDİ – FOTO/VİDEO 

Hazırda oxunan: Qubada SELİN FƏSADLARI – Kəndlərlə əlaqə KƏSİLDİ – FOTO/VİDEO 

197223

Quba rayonunun ucqar dağ kəndlərinə güclü yağış yağıb, sel ciddi fəsadlar törədib. Belə ki, uçub-dağılan yol təsərrüfatının bərpa edilən hissəsini bu gecə də sel yuyub aparıb. 

Bu barədə Bizim.Media-ya Qubadakı 11 saylı Xüsusi Təyinatlı yol idarəsindən açıqlama verilib. 

Bildirilib ki, rayonun Adur-Qarxun istiqamətində yolda böyük problem yaşanıb. Qarxun və Adur kəndlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Yerli kəndindəki körpünü isə sel yuyub aparıb. 

Hadisədən sakinlərin də ziyan çəkdiyi deyilir. Həyətyanı sahələrini su basıb, Rük kəndində sakinlərin ev quşlarını sel aparıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 5 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, Quba-Xınalıq yolunun 36-cı və 50-ci kilometrliyini sel suları, lil və daş-qaya parçaları basıb.Yolun bu hissəsi gecə saatlarında qismən bağlı olsa da, açılması dərhal təmin edilib.
Hazırda fəsadların tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
 









Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO