Azərbaycanda avtomobilin nömrəsini gizlətmək üçün qurğular satılır – VİDEO  

Azərbaycanda avtomobilin nömrəsini gizlətmək üçün qurğular satılır – VİDEO  

Hazırda oxunan: Azərbaycanda avtomobilin nömrəsini gizlətmək üçün qurğular satılır – VİDEO  

194985

Sosial şəbəkələrdə və elan saytlarında avtomobilin dövlət qeydiyyat nişanını gizlətmək üçün müxtəlif qurğular satılır.  

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, qayda pozan bəzi sürücülər də cərimədən yayınmaq üçün həmin xüsusi avadanlıqlar vasitəsilə avtomobillərinin nömrələrini gizlədirlər. 

Sürücülər qurğunu pult vasitəsilə idarə edərək bu yolla istədikləri an nömrəni gizləyə bilirlər. Sözügedən qurğuların qiyməti isə 200 manatdan başlayır. 
 Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Toğrul Nəsirli bildirib ki, həmin qurğulardan istifadə edən sürücülər inzibati məsuliyyətə cəlb olunurlar. 

T.Nəsirli qeyd edib ki, ümumiyyətlə, avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə halları tez-tez olur. Sürücülər bu üsulla qayda pozmağın məsuliyyətindən yayınmağa çalışsalar da, aşkarlandıqda daha çox ziyana düşürlər. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə dörd cərimə balı və 100 manat məbləğində cərimə nəzərdə tutulub. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO