İsrailin paytaxtı Təl-Əviv yaxınlığındakı Raanana şəhərində şübhəli şəxs üç fərqli avtomobili oğurlayaraq bu maşınları piyadaların üzərinə sürüb və insanlara bıçaqla hücum edilib. Nəticədə ən azı 19 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Bildirilib ki, onlardan 4-ü ağır vəziyyətdədir.
İsrail polisi hadisənin terror aktı olub-olmadığını hələ müəyyənləşdirməyib.
Bizim.Media