Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Göygöl rayonunun Ordubadi, Şəhriyar, Qaçaq Nəbi və Mirzə İbrahimov küçələrində bəzi fərdi yaşayış evlərinin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal Gəncə Regional Mərkəzinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.
FHN-in qüvvələri tərəfindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Bizim.Media