Zakir Həsənov PUA-lara baxış keçirdi - VİDEO

Zakir Həsənov PUA-lara baxış keçirdi - VİDEO

Hazırda oxunan: Zakir Həsənov PUA-lara baxış keçirdi - VİDEO

15148

Martın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov əsaslı təmirdən çıxan hərbi hissənin ərazisindəki Uçuşların idarəedilməsi məntəqəsi və pilotsuz uçuş aparatlarının (PUA) yerüstü idarəetmə stansiyasına da baxış keçirib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Zakir Həsənov döyüş növbətçiliyi barədə tapşırıqlar verdi - FOTO/VİDEO


Müdafiə nazirinə məruzə edilib ki, müasir avadanlıqlarla təchiz edilmiş idarəetmə məntəqəsi və yerüstü stansiya hərbi aviasiya vasitələrinin və PUA-ların uçuşlarının fasiləsiz və keyfiyyətli koordinasiyasını təmin edəcək.

Müdafiə naziri hərbi aviasiyanın imkanlarının daha da artırılması ilə əlaqədar komandanlığa müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, martın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyinin digər rəhbər heyəti HHQ-nin yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış iki hərbi hissəsinin açılış mərasimində iştirak ediblər.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO