İranın Əhvaz şəhərində “Əxlaq” polisi gənc qızı döyüb.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalında kadrlar yayımlanıb.
Bildirilib ki, şəhərin sahil parkında “Əxlaq” polisləri hicab taxmayan qızlara qarşı zorakılıq edərək, onlardan birini döyüblər.
Qızlardan biri polis əməkdaşından dostunun niyə döyüldüyünü soruşduqda isə o, bütün baş verənləri inkar edib.
Bizim.Media