Qəbələdə dağlıq ərazidə köməksiz qalan şəxsin xilas ANLARI - FOTO/VİDEO

Qəbələdə dağlıq ərazidə köməksiz qalan şəxsin xilas ANLARI - FOTO/VİDEO

Hazırda oxunan: Qəbələdə dağlıq ərazidə köməksiz qalan şəxsin xilas ANLARI - FOTO/VİDEO

137417

Qəbələ rayonunda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Laza kəndi ərazisində 1 nəfərin dağlıq ərazidə yıxılaraq təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Qəbələ rayon sakini 1985-ci il təvəllüdlü Nazim İsakov mürəkkəb relyefli dağlıq ərazidə yüksəklikdən yıxılıb müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təhlükəli vəziyyətə düşüb.

Əvvəlcə, xəsarət almış şəxsə xilasedicilər tərəfindən ilkin yardım göstərilib, o cümlədən sınmış qoluna şina qoyulub.

Daha sonra mərkəzin xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı sayəsində N.İsakov çətin keçidli relyefə malik dağlıq ərazidən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
 







Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO