Zaqatalada ildırım vuran məktəbdə hazırda vəziyyət necədir? - FOTO/VİDEO

Zaqatalada ildırım vuran məktəbdə hazırda vəziyyət necədir? - FOTO/VİDEO

Hazırda oxunan: Zaqatalada ildırım vuran məktəbdə hazırda vəziyyət necədir? - FOTO/VİDEO

135991

Xəbər verdiyimiz kimi, Zaqatalanın Əliabad qəsəbə 4 nömrəli məktəbin damını ildırım vurması səbəbindən güclü yanğın baş verib. Havanın yağmurlu olmasına baxmayaraq yanğın qısa müddətdə şiddətlənib və bütün damı bürüyüb. Qəsəbə sakinləri və yanğınsındürənlərin səyinə baxmayaraq üçmərtəbəli məktəbin damı yanaraq yararsız vəziyyətə düşüb. 

Məktəbin direktoru Şahid Madayev Bizim.Media-nın yerli bürosuna bildirib ki, üçmərtəbəli 360 şagird yerlik məktəb 2007-ci ildə istifadəyə verib.
 

MÖVZU İLƏ BAĞLI:

Zaqatalada məktəbə ildırım DÜŞÜB - VİDEO


Hazırda məktəbdə 190 şagird təhsil alır. Direktorun sözlərinə görə yanğın söndrülərkən demək olar ki, bütün mərtəbələr suya qərq olub. Bu səbəbdən burada tədris mümkün olmayacaq.

“Yuxarı hissəsi, məktəbin damı tamamilə yanıb. Aşağı hissələrə, siniflərə yanğın keçməyib. Sadəcə yanğınsöndürmə işləri aparılarkən su damıb. Yaxın ərazidə bizim Əliabad 3 nömrəli tam orta məktəb var. Həmin məktəbdə biz günortadan sonra tədrisimizi davam etdirəcəyik” deyən- Şahid Madayev sözlərinə onu da əlavə edib ki, artıq dünəndən bir sıra hazırlıqlar görülüb, 3 nömrəli məktəbdə tədrisin planı belə hazırlanıb.  
Məktəbin təmir-tikinti işlərinə gəlincə isə bildirildi ki, əgər Təhsil Nazirliyinin müvafiq qurumları tez bir zamanda təmir-bərpa işlərinə başlarsa, 12-15 gün ərzində şagirdlərin məktəbə dönməsi mümkün olacaq. Bunun üçün bütün imkanlar səfərbər olunmalıdır.    











Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO