Azərbaycan həkimləri Xankəndidə - FOTO/VİDEO 

Azərbaycan həkimləri Xankəndidə - FOTO/VİDEO 

Hazırda oxunan: Azərbaycan həkimləri Xankəndidə - FOTO/VİDEO 

128971

Azərbaycana məxsus təcili tibbi yardım briqadası Xankəndiyə yola düşüb. 

Bizim.Media xəbər verir ki, bu gecə ekoaksiyanın keçirildiyi ərazinin yaxınlığına Rusiya sülhməramlıları onların keçidini əvvəlcədən razılaşdırmadan, Ermənistandan bir qrup erməni vətəndaşını gətirib. 

Məsələ aydınlaşdırılan zaman isə üç nəfər erməninin anidən vəziyyəti pisləşib və onlara tibbi yardım lazım olub. 

Azərbaycan tərəfi dərhal onlar üçün təcili yardım maşını təşkil edib və yardım maşınları gələnədək isə aksiyanın həkimləri yerindəcə xəstələrə tibbi yardım göstəriblər.  
Daha sonra xəstələr təcili yardım avtomobilləri ilə Xankəndiyə aparılıb. 

Həmin görüntüləri təqdim edirik: 
 

 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO