Qarabağda antiterror əməliyyatı keçiriləcək? - VİDEO

Qarabağda antiterror əməliyyatı keçiriləcək? - VİDEO

Hazırda oxunan: Qarabağda antiterror əməliyyatı keçiriləcək? - VİDEO

125186

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda erməni hərbi avtomobilləri peyda olur və maneəsiz hərəkət edirlər. Onların təhlükəsizliyini isə Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşını təmin edir.

Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai televiziyada yayımlanan “Yekun xəbər” proqramında səsləndirilib.

Aparıcının sözlərinə görə, hələ bir həftə öncə Qarabağdakı erməni silahlıları təxribat törətməyə cəhd edib, nəticədə qanlı toqquşma olmuşdu:

“Elə o təxribatdan sonra vəziyyətin gərginləşməsindən ehtiyat edən Qərb nümayəndələri regiona gəliblər.

Ermənistanın kapitulyasiya aktına imza atmasından az qala üç il keçir, amma İrəvan sülh müqaviləsi imzalamaq əvəzinə təxribatlardan əl çəkmir. Prosesə qatılan beynəlxalq vasitəçilərin də, görünür, vədləri bir səmərə vermir.

Xarici ölkə rəsmilərinin və nümayəndələrinin iştirak etdikləri X Qlobal Bakı Forumunda ölkə başçısı açıq bəyan etdi ki, Azərbaycan vasitəçi tərəflərə ümid edir. Azərbaycanın Qarabağ ermənilərinə təklifi isə çoxdandır masadadır. Onların reinteqrasiyası təklif olunub”.

Proqrama müsahibə verən millət vəkili Rasim Musabəyovun fikrincə, Qarabağda antiterror əməliyyatının keçirilməsi qaçılmazdır. 

Daha ətraflı videoda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO