2023-cü ilin əsas rəngi BU OLACAQ - VİDEO

2023-cü ilin əsas rəngi BU OLACAQ - VİDEO

Hazırda oxunan: 2023-cü ilin əsas rəngi BU OLACAQ - VİDEO

107460

Pantone Beynəlxalq Araşdırma İnstitutu 2023-cü ilin əsas rəngini açıqlayıb.

Bizim.Media lenta.ru-ya istinadən xəbər verir ki, məlumat şirkətin saytında dərc olunub. 

İlin rəngi Pantone 18-1750 Viva Magenta - bənövşəyi alt tonlu al qırmızı rəng seçilib. Belə ki, şirkətin əməkdaşları karmin adlı təbii boyadan ilhamlanaraq yeni çalar hazırlayıblar. Onun dişi koşin böcəyi tərəfindən istehsal edildiyi qeyd olunur. 

Pantone Rəng İnstitutunun icraçı direktoru Leatris Eysman açıqlamasında "Viva Magenta daxili gücümüzü gücləndirməyə və yüksək texnologiyalı dünyada təbiətlə yenidən əlaqə yaratmağa kömək edir" - deyə qeyd edib. 
Qeyd edək ki, Pantone 2000-ci ildən əsas rəngi seçir. 20-ci əsrin ortalarında şirkət rəqəmsal displeydən istifadə edən standart rəng uyğunluğu sistemini inkişaf etdirib. Rəng nümunələri mütəmadi olaraq xüsusi kataloqlarda buraxılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO