Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı gecə saat 05:00 radələrində İsgəndər Mehdiyev adlı şəxsi bıçaqlayaraq qətlə yetirib.
Bizim.Media xəbər verir ki, faktla bağlı DİN-in mətbuat katibi Elşad Hacıyev “Xəzər Tv"yə açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
Rəşad Dağlı kimi öldürüb? - DETALLAR
Onun sözlərinə görə, cinayət üzrə araşdırmalar davam edir:
“Rəşad Əmirov (Dağlı) cinayət hadisəsini törətdikdən sonra Yasamal Rayon Polis İdarəsinə gələrək təslim olub. Hadisə söyüş üstündə olub. Qeydə alınan cinayət işi üzrə müvafiq araşdırmalar nəticəsində qətlin hansı səbəbdən baş verdiyi və təfərrüatları barədə açıqlama veriləcək”.
Bizim.Media