General: “Vahabzadəni bu hərəkətinə görə güllələyə bilərdim....”x9d

General: “Vahabzadəni bu hərəkətinə görə güllələyə bilərdim....”x9d

Hazırda oxunan: General: “Vahabzadəni bu hərəkətinə görə güllələyə bilərdim....”x9d

97958
Ötən gün mərhum xalq şairi Bəxtiyar Vahabzadənin generalın üzünə tüpürməsi ilə bağlı yayımladığımız xəbərdə, əslində, həmin generalın Dubinyak yox, Ovçinnikov olduğunu bildirmişdik. Bu hərəkətinə görə generalın hansı səbəbə görə xalq şairini güllələtdirməməsi çoxlarına sirr olaraq qalır.xa0

Həmin tarixi gündən məlumat verən yazıçı Firuz Mustafa bu məsələyə də aydınlıq gətirib. O, şəxsi Feysbuk hesabında yazdığı statusla Ovçinnikovun sözlərini diqqətə çatdırıb: xa0xa0

“Ovçinnikov üzünün tüpürcəyini siləndən sonra bir qrup adamı “özünün”x9d AzTV-dəki “kabineti”x9dnə yığdı. O, artıq B. Vahabzadənin kim olduğunu öyrənmişdi. General dedi: “Mən bu adamı tanımırdım. İndi məlumat verdilər ki, məni təhqir edən şəxs şairdir, akademikdir, deputatdır, universitet müəllimidir. Mən indi özümü çox xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım. Düzünü deyim ki, mən onu hətta bu hərəkətinə görə güllələyə bilərdim. İndi Bakıda təsadüfi güllənin qurbanlarından biri də bu şair olacaqdı. Amma mən onun ötkəm hərəkətindən hiss etdim ki, qarşımdakı şəxs sıravi adam deyil, “aksakkaldır”x9d, hörmət sahibidir. Mən özüm yetimxanada böyümüşəm, özü də Daşkənddə. Müsəlmanların çörəyi ilə böyümüşəm. Oradakı qonşularımın bir qismi azərbaycanlılar idi. Mən onlarla dost olmuşam. Çoxu yetimliyin nə olduğunu bilmir. Mən kimsəsiz böyümüşəm. Şərqə bələd adamam. Məni bu şəhərə dinclik yaratmaq üçün göndəriblər, buradakı qırğın məndən əvvəl törədilib. Mən vicdanı təmiz adamam. Əgər bir balaca ehtiyatsızlıq edib öz adyutantıma işarə etsəydim, sizin, lap elə bizim bu şair artıq həyatda yox idi. Mən xoşbəxtəm. Xoşbəxtəm ona görə ki, adım tarix kitablarında Dantesin və Martınovun adı ilə yanaşı çəkilməyəcək. Yəqin ki, bilirsiniz, Dantes Puşkinin, Martınov Lermontovun qatili olub. Mən nə qatiləm, nə də cani...”x9dxa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO