Rəsul Quliyevdən Həcc ziyarətiylə bağlı maraqlı təklif...

Rəsul Quliyevdən Həcc ziyarətiylə bağlı maraqlı təklif...

Hazırda oxunan: Rəsul Quliyevdən Həcc ziyarətiylə bağlı maraqlı təklif...

97697
Moderator.az - ın əməkdaşı aşağıdakı sualla eks-spiker Rəsul Quliyevə müraciət edərək son Məkkə faciəsinə münasibət bildirməsini xahiş edib:

"Bəzi iddialara görə artıq Həcc ziyarətinin təşkili Səudiyyə Ərəbistanından alınaraq İslam Əməkdaşlıq Təşkilatına veriləcək. Hətta bu təşkilatçılığın Türkiyəyə verilməsinin mümkünlüyü də idddia olunur. İran da 136 zəvvarının ölməsindən Ər - Riyada qarşı bərk qəzəblidir. Sizcə Həccin gələcək aqibətində hər hansı dəyişiklik mümkünmü?"

Rəsul Quliyev Həccin təşkilinin başqa ölkələrə və ya təşkilatlara verilməsini mümkünsüz hesab edir, eyni zamanda bu ziyarətdən sui-istifadəni də qınayaraq maraqlı təkliflə çıxış edib:

"İslam dinin ən qədim və kütləvi xarakter daşıyan əsas bayranlarından biri də Qurban bayramı və ya Həccə getməkdir. Bu bayramın əsası 630-cu ildə Peyğəmbərin qoşunlarının Məkkəni tutmasından başlayır. Belə bir bayramın keçirilməsinin hər bir müsəlman üçün vacib olduğunu Məhəmməd peyğəmbərin adından onun arvadı Ayişə elan edib.

Qurban bayramının əhəmiyyətinin bazasını İbrahim peyğəmbərin oğlu İsmayılın əvəzinə heyvanın kəsilməsinə və xa0ətin ancaq kasıblara, ehtiyacı olanlara paylamasına Allahın icazə verməsi əfsanəsi təşkil edir. Bu əfsanə islam dinindən bir neçə yüz il öncə mövcud idi. Əslində Peyğəmbərin məqsədi bu bayramdan istifadə edərək zənginlərin kasıblara kömək etməsini qanuniləşdirmək və daimilik impulsu vermək olub. Belə ki, bu bayram 1400 ilə yaxındır hər il davam edir və ziyarətçilərin sayı ilbəildən artır. Azərbaycanlılar Şah İsmayıl Xətainin təzyiqi altında şiyəliyi qəbul edəndən sonra 300 ilə yaxın Məkkəyə ziyarətə buraxılmayıblar. Qəribə görünsə də Məkkə heç vaxt Ərəb xilafətinin paytaxtı olmayıb.
xa0Bu gün Həcc ziyarətinin zirvəsi hesab edilən Kəbə daşı Yunan tarixçilərinin yazdıqlarına görə 2100 il bundan öncə (yəni İslam dini yaranandan 700 il əvvəl) mövcud olub və o vaxt da eynən bu günkü funksiyasına qulluq edib. Sadəcə ziyarətçilər tək Allah dininə inananlar yox, müxtəlif idollara inananlar olub. Həcc ziyarətində həmişə insan ölümü ilə qurtaran hadisələr baş verib. Bu da təbiidir. Milyonlardan məhdud bir ərazidə 40 dərəcə temperatur altında bəzilərinin ürəklərinin dayanmaması möcüzə olardı. Ona görə də Həcc ziyarətində ölənlər birbaşa cənnətə gedir ideyası onların statusunu şəhid olanların statusu ilə eyniləşdirir. 1924-cü ildən Məkkə Səudiyyə Ərəbistanın tərkibindədir. Və o vaxtdan bu ölkə Həcc ziyarətini təşkil edir.
xa0
Məkkədə ən böyük tələfat 1990-cı ildə zəvvarların tuneli keçərkən basabas yaratmağı nəticəsində 1400 insanın həlak olmasıdır. Bu ilki faciə insan tələfatına görə ikinci yerdədir, 800 nəfərə yaxın. Məkkə qapalı şəhərdir. Həccə ancaq müsəlman buraxıla bilər. Həcdən (turizm) Məkkənin büdcəsinə ildə 100 milyonlarla dollarlıq vəsait daxil olur. Səudiyə Ərəbistanı son 15 ildə ziyarətçilərin vəziyyətini yaxşılaşdırmaq üçün çox işlər görüb. Ancaq gördüyü işlər tam təhlükəsizliyi təmin etmir. Bu qırğınların səbəblərindən biri də fanatların qanun - qaydalara əməl etməməsidir. Ancaq istənilən variantda Məkkədə zəvvarların təhlükəsiz ziyarət etmələrini Səudiyyə Ərəbistanı təşkil etməlidir, heç bir Türkiyəyə və ya İrana bu işin məsuliyyətini heç vaxt tapşırmazlar. Belə ideyaların ortaya çıxmasının heç bir mənbəyi yoxdur. İran fəlakətin səbəbini Səudi şeyxlərinin avtomobil karvanına görə polisin xa0zəvvarların qarşısını alması və nəticədə basa bas yaranmasında görür. Bəlkə də bu doğrudur, bəlkə də bir - birlərinə nifrət edən bu iki ölkənin təbliğatının nəticəsidir. Ancaq buna görə kim Məkkədə nəzarəti İrana verə bilər, heç kim, əksinə, yenidən şiələrin Həcc ziyarətinə qadağa qoyarlar. Türkiyədən isə heç söhbət gedə bilməz. Ərdoğan bir siyasətçi kimi özünü ərəb dünyasında tam təcrid edib.xa0

Həcc ziyarətində də reformaya ehtiyac var. Müəyyən şərtlər daxilində Məkkəyə getmədən də Hacı statusu almaq mümkün olmalıdır. Bu günkü Hacılara baxsaq tam əminliklə deyə bilərik ki, Məhəmməd peyğəmbərin düşündüyü kimi insanlar Məkkə ziyarətinə getməklə təmizlənmirlər, xeyirxah olmurlar, əksinə, bu statusların gözə soxmaqla camaata kömək etmək əvəzinə onları daha amansızlıqla soyurlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO