Azərbaycan prezidenti İlham Əliyev Hüseyn Nəcəfovun Gürcüstanın Batumi şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Moderator.az -ın məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Rəşad İsmayılov Azərbaycanın Batumidəki baş konsulu təyin edilib.
xa0
R. İsmayılova həmçinin ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
































































































