"Müfaviq qurumlar hərəkətə keçməlidir"

Hazırda oxunan: "Müfaviq qurumlar hərəkətə keçməlidir"

91751
“Mingəçevirdə Polis İdarəsində müəmmalı şəkildə dünyasını dəyişən Bəhruz Hacıyevin dəfn mərasimindən sonra gərginliyin yaranması, polis-vətəndaş qarşıdurması, sakinlərin kütləvi etirazlarına zor tətbiq edilməsi ciddi narahatlıq doğrur.  Baş verən hadisələrin daha da dərinləşərək arzuolunmaz istiqamətə yön almaması üçün müfaviq qurumlar məsuliyyətlərini dərk edərək  hərəkətə keçməli, qaranlıq qalan məqamları obyektiv surətdə aydınlaşdırmalı,  lazımı tədbirlər görməlidir”x9d. 

Moderator.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü Əli Orucov Mingəçevirdə son günlər cərəyan edən olaylarla bağlı mövqeyini ifadə edərkən deyib. 

AMİP yetkilisi daha sonra bildirib: “Azərbaycanda insanların günahsız yerə, heç bir dəlil- sübut olmadan həbsxanaya atılmaları, bəzi dövlət qurumları tərəfindən işgəncələrə və soyğunçuluğa məruz qalmaları, vəzifəli və səlahiyyətli şəxslər tərəfindən incidilmələri, elementar hüquqularının pozulması getdicə daha artmaqdadır. O cümələdn də polis əməkdaşlarının vətəndaşlara qarşı aqressiv davranışları, vəzifə səlaiyyətlərini aşmaları, qanundan kənar hərəkətləri adi hal  alıb. Belə mənzərə ilə gündəlik rastalaşan sadə insanlar təbii ki, cana doyaraq bir gün açıq etiraz bildirməyə, küçələrə çıxmağa məcbur olacaq. Bununla belə əhalinin indiki həssas məqamda bir qədər təmkin göstətməsi vacibdir. Hesab edirəm ki, hakimiyyət haqq və hüquqlarını  tələb edən və özbaşınalıqlara açıq etiraz edən vətəndaşlara sayğı ilə, diqqətlə yanaşılmalı, onların dərdi-səri, şikayətləri dinlənilməli, anlayış göstəriləlidir. Bunu əksinə olaraq əliyalın dinc etiraza çıxan əhalinin üzərinə təpədən dırnağa qədər silahlanmış, yüksək təlim görmüş polis qüvvələri ilə yeriyərək zor tətbiq etmək, döymək, xəsarət yetirmək, lazmsız güctətbiq etmək insanlığa yaraşmır. Bu cür cəza üsullarından əl çəkmək insanların dövlətə inamını artırmaqla yanaşı, stabilliyin qorunub saxlanılmasında da çox faydalı olardı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO