Bundan sonra Gürcüstan parlamentinin iclasında iştirak etməyən gürcü parlamentarilərin hər biri ciddi maaş itkisinə məruz qalacaq. Belə ki, Gürcüstan parlamentinin prosedur məsələləri və hüquq komitəsinin hazırladığı yeni qanun layihəsinə görə, parlamentin iclasında üzürsüz səbəbdən iştirak etməyən millət vəkilləri qatılmadıqları hər iclasa görə əmək haqqlarının 10%-i məbləğində cərimə olunacaqlar. Millət vəkillərinin iclaslarda iştirak etməmələri yalnız qanuni ezamiyyət və ya xəstəliklə əlaqədar olduqda üzrlü sayılacaq. Qanun layihəsinə görə, xəstəlik səbəbindən iclasa gəlməyən deputat, bununla əlaqədar parlament rəhbərliyinə müvafiq sənəd təqdim etməlidir.
Maraqlıdır, Gürcüstan
parlamentində reallaşacaq bu yeniliyin Azərbaycan parlamentində də tətbiqinə
ehtiyac varmı? Belə bir qanunun ölkə parlamentində tətbiqi nə ilə nəticələnə
bilər?
Bununla bağlı Moderator.az
saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən millət vəkili Fərəc Quliyev bu təcrübənin
Azərbaycan parlamentində tətbiqinə tətəfdar olduğunu vurğuladı:
“Hesab edirəm ki, bu,
olduqca normal bir yanaşmadır. Hər kəs öz işinə sadiq olmalı və məsuliyyətlə
yanaşmalıdır. Təbii ki, üzürlü səbəbdən parlament iclaslarında iştirak etməmək
olar. Bəzi səfərlər, tədbirlər olur və s. Lakin üzürsüz səbəbdən iclaslarda
iştirak etməməyə görə millət vəkillərinin maaşından tutulmasını tamamilə təqdir
edirəm və hesab edirəm ki, Azərbaycan parlamenti də bu təcrübədən yararlana bilər”x9d.
Seymur Əliyev


































































































