Keçmiş siyasi məhbus Elsevər Mürsəlli millət vəkili Qənirə Paşayevanın gənclərə son çağırışna səs verərək ona Açıq Məktubla müraciət edib.
Mətnini Moderator.az - a göndərən E. Mürsəlli millət vəkilindən dəstək istəyir:
Hörmətli Qənirə xanım Paşayevaya
Açıq Məktub
Dünən mətbuatda bir yazı oxudum. Hər kəsin hörmət etdiyi Qənirə xanım Paşayeva gənclərə çağırış etdi: "Narkotik vasitələrdən uzaq durun". Düzü, çox yaxşı çağırışdır və bir Azərbaycan gənci olaraq bunu dəstəkləyirəm, ancaq Qənirə xanımın da bildiyi bir reallıq var, bizim yaratdığımız narkomanlar. Qənirə xanıma narkotik vasitəylə
həbs edilmiş, ancaq əslində narkoman olmayan gənc haqda danışmaq istəyirəm. Ömər Məmmədov çox gənc yaşlarından siyasi fəaliyətə başlayan bu gənc 1 il öncə narkotik vasitəylə həbs edilib, həbsində göstərilir ki, 19 yaşlı Ömər uzun zamandir ki, Azərbaycanda narkotik alveriylə məşguldur, ancaq bir reallıq var, Ömər həbs edilməmişdən cəmi 4 gün öncə ölkəyə giirmişdi. O, 8 aydan çox idi ki, Şimali Kiprdə təhsil alırdı, burada bir sual ortaya çıxır, 4 gündür ölkəyə girən biri necə uzun zamandır Azərbaycanda narkotik sata bilər?
Digər gənclərdən Əbdül Əbilov atasız böyümüş, anasının əziyyətli qazancıyla böyümüş bir gəncdir. Elvin Abdullayev universitetdə əla qiymətlərlə oxuyan, həbs edilməmişdən bir neçə saat öncə imtahandan uğurlu nətiycəylə çıxan, Rəşad Əliyev isə çox güclü dini biliklərə sahib, Allahına, dininə bağlı bir gəncdir.
Əziz Qənirə xanım!
Bu gənclər 1 ildən çoxdur ki, günahsiz yerə həbsdədirlər, onların üzərində "narkoman" damğası var, halbuki onlar narkotikin nə olduğunu belə görməyiblər. Bir Azərbaycanlı gənci olaraq üzvü olduğunuz Milli Məclisdə də bu
məsələni qaldırın və narkoman olmayan bu gəncləri Əfv sərənacmıya gec də olsa ailəsinə qovuşdurulmasına yardım edin.
Hörmətlə: Vətandaş Elsevər Mürsəlli




























































































