Rəsul Quliyev müxalifətə və iqtidara xəbərdarlıq etdi...

Rəsul Quliyev müxalifətə və iqtidara xəbərdarlıq etdi...

Hazırda oxunan: Rəsul Quliyev müxalifətə və iqtidara xəbərdarlıq etdi...

83528
Hazırda ABŞ-da yaşayan Azərbaycan Milli Məclisinin sabiq sədri Rəsul Quliyev Ermənistanda baş verən hadisələrlə bağlı Moderator.az -a açıqlamasında ilginc açıqlamalar verib.

O bu gün Ermənistanda baş verənlərin eynilə Azərbaycanda da təkrar olunacağı barədə xəbərdarlıq da edib.


"Bu hadisələri izləmək Azərbaycan üçün çox vacibdir. Son 27 ildə hadisələr həmişə birinci  Ermənistanda baş verib, sonra  güzgüdə əksi kimi bir neçə aylardan sonra Azərbaycanda təkrar olunub.

Birinci kütləvi mitinqi (DQ -la əlaqədar ) ermənilər başlayıb, 5 aydan sonra biz cavab mitinqi keçirmişik.

Birinci Azərbaycanlıların qırğını və torpaqlarından qovulmasına onlar 1988-ci ildə başlayıblar biz isə 1 ildən sonra 1989-cu ildə.

Birinci onlar Ermənistanı müstəqil elan edib SSR-də qalmaq istəyirsən referendumunda iştirak etməyiblər, biz isə referendumda iştirak etmişik, 78 faiz qalmağa hə demişik, müstəqilliyi isə SSRİ dağılandan sonra  (yəni məcburi) bizə veriblər.

Müxalifət Ter Petrosyan başda olmaqla hakimiyyətə birinci Ermənistanda gəlib, biz ondan 2 il sonra bu addımı atmışıq. Ermənistanda müxalifətdən gəlmiş lider azı 6 il hakimiyyətdə olub, bizimki cəmi 1 il.

Bu gün Ermənistanda xalq ayağa qalxıb və artıq 7 gündür mitinq edir. Bu prosesə rəhbərlik edən heç bir partiya yoxdur, daha doğrusu xaotik başlayan bu kütləvi hərəkat heç bir müxalifəti yaxın qoymur. Çünki 4 dəfə keçirilmiş prezident seçkilərində müxalifət partiyalarının liderləri camaatı aldadıb küçələrə çıxardıblar, sonra da təslim olub geri çəkiliblər. Azərbaycandan fərqli olaraq parlamentdə kifayət qədər güclü müxalifətin olmasına baxmayaraq, bütövlüklə müxalifət gözdən düşüb, artıq camaat onları qəbul etmir. Baxmayaraq həmin deputatlar artıq bir neçə dəfə polislə mitinqçilər arasında dayanıb şit rolunu oynayıblar. Bizdə isə müxalifət gözdən düşməyib sadəcə onları heç kim görmür (sözsüz ətraflarındakı maksimum 400-500 adamdan başqa) , müxalifət hesab etmir, öz maraqlarına qulluq edən cılız insanlar hesab edirlər. 7 gün və ya 168 saat meydandan çıxmayan minlərlə adamlarla  müqayisədə bizim 400-500 adamın heç bir saat meydanda dayanmaq həvəsinin olmaması  acınacaqlıdır.

Ermənistanda hadisələr xaotik başlayıb və mitinq iştirakçılarının 90 faizi 18 - 40 yaşlılardır. Ümumi bir lider yoxdur. Hələki aparıcı gücün formalaşması prosesi gedir.Hər halda liderlərin arasında indiki müxalifət liderlərinə aparıcı rol ayrılacağına heç kim inanmır, yeni şəxsiyyətlər ortaya çıxacaq.
 Ermənistanda baş verənlər eynilə Azərbaycanda da təkrar oluna bilər, sadəcə nə müddətdən sonra bunun baş verəcəyini söyləmək çətindir. Hələ ki, hökümətin Ermənistandan fərqli olaraq tarifləri idarə etmək, infilyasiyanın qarşısını almaq üçün vəsaiti vardır. Siyasət belə davam etsə, siyasi və iqtisadi reformalara başlanmasa bir ildən və ya iki ildən sonra nə baş verəcəyini proqnozlaşdırmaq çətindir. Azərbaycanlıların xaotik çıxışları fəlakətli olur. 1990-cı ilin yanvarında camaatın qarşısına tək hökümətdən olanlar yox, müxalifətdən olanların da heç biri çıxa bilmirdi, o hadisələrin canlı şahidi, müəyyən qədər qırğının qarşısını ala bilmiş bir insan kimi həm höküməti, həm də müxalifət adlananları xəbərdar etməyi özümə borc bilirəm."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO