“Atletlər kəndi”x9dndəki qəzanın videosunu yayan polis işdən çıxarıldı

“Atletlər kəndi”x9dndəki qəzanın videosunu yayan polis işdən çıxarıldı

Hazırda oxunan: “Atletlər kəndi”x9dndəki qəzanın videosunu yayan polis işdən çıxarıldı

81554
Xəbər verildiyi kimi, iyunun11-də I Avropa Oyunlarının “Atletlər kəndi”x9dnin nəqliyyat deposunda, “Bakubus”x9d Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün nəzərdə tutulmuş səki ilə gedən Avstriyanın yığma komandasının iki üzvünə bədən xəsarətləri yetirib. 


Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törətmiş avtobusun sürücüsü barəsində həbs qətimkan tədbiri seçilərək istintaq aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Moderator.az -a daxil olan məlumata görə, həmin gün, qeyd edilən yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntü naməlum mənbədən sosial şəbəkələrə və internet portallarına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində videonun Nizami RPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin bir əməkdaşı tərəfindən telefona köçürməklə tanışlarından birinə göndərməsi və onun da videonu sosial şəbəkədə yerləşdirməsi müəyyən olunub. 

Ciddi xidməti qəbahətə yol vermiş polis əməkdaşı barədə dərhal müvafiq yoxlama aparılıb və o, daxili işlər orqanlarından xaric edilib.

Xidməti araşdırmalar davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO