“5 yaşlı balaya işgəncə edənə ölüm hökmü verilsin”x9d
 -Xoşqədəm

“5 yaşlı balaya işgəncə edənə ölüm hökmü verilsin”x9d -Xoşqədəm

Hazırda oxunan: “5 yaşlı balaya işgəncə edənə ölüm hökmü verilsin”x9d -Xoşqədəm

79960

ANS TV-də yayımlanan "Axtarıram səni" və "Sən tək deyilsən" verilişlərinin aparıcısı Xoşqədəm Hidayətqızı bir neçə gün əvvəl Bakının Pirallahı qəsəbəsində zorlanaraq öldürülən 5 yaşlı qızın faciəsinə münasibət bildirərkən ölüm hökmünün bərpa edilməsini istəyib.

Moderator.az-ın anspress-ə istinadən məlumatına görə, Xoşqədəm Hidayətqızı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə təsadüf edən verilişində studiyaya balacaları qonaq edib. Xoşqədəm bir neçə gün əvvəl zorlanaraq öldürülən 5 yaşlı Aişəni xatırlayaraq kədərlənib.

"Mən körpə balanın o vəziyyətə salınmasını eşidəndə göz yaşları tökdüm. İnanın mənə, çox pis oldum... Mən parlamentdə əyləşən millət vəkillərindən xahiş edirəm ki, ölüm hökmünün bərpasını müzakirəyə çıxarsınlar. Mənim 5 yaşlı balama o cür işgəncə verənə ölüm hökmü verilsin. Bilirəm, mənim bu fikrim birmənalı qarşılanmayacaq. Amma mən fikrimin üstündə dururam. Cinayət məcəlləsinə o maddənin əlavə edilməsini istəyirəm" - deyə, ölüm hökmünün bərpa edilməsi təklifilə çıxış edib.


Qeyd edək ki, millət vəkili Fazil Mustafa da ölüm hökmünün bərpa edilməsi tələbini bəyan etmişdi: 

"İllərdir tələb edirəm ki, uşaqların və hamilə qadınların qəsdən öldürülməsinə görə ölüm hökmü bərpa olunmalıdır".

Qeyd edək ki, mayın 28-də Pirallahı rayonunda itkin düşmüş 5 yaşlı qızın meyiti tapılıb. Onun meyiti elə yaşadığı məhlədən, qonşularının həyətində aşkarlanıb. Qızın elə həmin həyətdə yaşayan qonşusu 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç tərəfindən qətlə yetirildiyi bildirilib. 5 yaşlı uşaqğın zorlandığı da deyilir.
Çernov Viktoroviçi polis yaxalayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO