Vətəndaş və İnkişaf Partiyası 28 may Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Moderator.az -ın məlumatına görə, təbrikdə deyilir:
"Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin qızıl səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasının 97-ci ili tamam olur. Müsəlman Şərqində ilk cümhuriyyət olaraq 1918-ci il mayın 28-də yaradılan AXC üzləşdiyi əlverişsiz şəraitə baxmayaraq, bolşevik işğalına qədər mövcud olduğu 23 ay ərzində özünün demokratik idarəetmə sisteminin formalaşdırılması, vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi baxımından, əksər ölkələrə nümunə sayılacaq böyük işlər gördü.
Təəssüf ki, I Dünya Müharibəsinin nəticələrinə əsasən, yaranan beynəlxalq vəziyyət AXC-nin mövcudluğunu davam etdirməsinə imkan vermədi və nəticədə Azərbaycan yenidən bolşevik Rusiyasının işğalına məruz qaldı. AXC-nin siyasi ömrünün qısamüddətli olmasına rəğmən, təqribən bir əsrlik müstəmləkə dövründən sonra Cümhuriyyətin qurulması Azərbaycanın dövlətçilik tarixinin davam etdirilməsi üçün olduqca mühüm zəmin yaratdı. Nəticədə 70 illik sovet müstəmləkəçiliyindən sonra 1991-ci ildə Azərbaycan Respublikası məhz AXC-nin siyasi varisi kimi dünya bilriyində öz yerini aldı.xa0
Tariximizin ən şərəfli dönəmlərindən olan AXC-nin 97-ci ildönümünü əsas ümummilli problemimiz olan dövlətimizin ərazi bütövlüyünün pozulduğu şəraitdə qeyd etsək də, inanırıq ki, millətimiz işğal altındakı ərazilərimiz üzərindəki hüququnu xa0tezliklə bərpa edəcək.
Əziz Həmvətənlər!
Vətəndaş və İnkişaf Partiyası oalraq, sizi bu əlamətdar hadisə xa0- müstəqilliyimizin rəmzi olan Respublika Günü münasibəti ilə səmimiyyətlə təbrik edir, sizə ən xoş arzularımızı çatdırırırq.xa0
Eyni zamanda, 28 may tarixinin VİP-in təsis edildiyi gün olduğunu xatırladaraq, təşkilatın yaradılmasının 9-cu ildönümü münasibəti ilə VİP üzvlərini və tərəfdrlarını təbrik edir, siyasi fəaliyyətlərində böyük uğurlar arzulayırıq."



























































































