“Oliqarxiya və monopoliya ölkəni uçuruma aparır”x9d

“Oliqarxiya və monopoliya ölkəni uçuruma aparır”x9d

Hazırda oxunan: “Oliqarxiya və monopoliya ölkəni uçuruma aparır”x9d

78820

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hquqşünas və politoloq İlqar Altay Moderator.az-a açıqlamasında Binəqədi rayonundakı 16 mərtəbəli binada baş verən yanğın və bu yanğının pərdəarxası məqamları ilə bağlı maraqlı fikirlər səsləndirib:


“Azərbaycan növbəti dərin ictimai şok keçirtdi. Paytaxtımız Bakıda, Azadlıq prospektində hündürmərtəbəli bina bir an içində alışıb yandı. Şəhərimizin gözəlləşməsi üçün nəzərdə tutulmuş süni bina üzlüyü alışqan barıt rolunda günahsız sakinlərə bədbəxtçilik gətirdi. 15 vətəndaşımız tələf oldu, 70-ə yaxını yaralandı. Bu saydan da çox insanlarımız, doğma-yaxınlarını, körpə balalarını itirənlər, bir an içində evi-yurdu, mülkiyyəti külə dönənlər mənəvi, maddi yara aldılar.


Amma bu faciə bir özəlliyi ilə fərqləndi. Hadisəni bütün xalq eynən öz dərdi-ağrısı kimi yaşadı. Reaksiyalar, güclü emosionallıq və ağrı-kədər bölüşməsi baxımından ictimai yekdillik təxminən 20 yanvar faciəsi tempinə uygun idi. Neçə-neçə evləri, ailələri kədər, göz yaşı, hiddət, coşqu bürüdü. Həlak olanların ruhu şad olsun, yaxınlarına, doğmalarına Allah səbr versin.


Tariximiz və hətta ən yeni tariximiz boyu bundan daha böyük və ya kiçik miqyaslı agrılı hadisələrimiz, faciələrimiz az olmayıb. 2009-cu ildə Fərda Qədirov silahla Neft Akademiyasında girib 12 nəfəri öldürdü.1990-cı ildə Rustavidə erməni terrorçuları tərəfindən avtobusumuza qoyulmuş bomba Gəncə yaxınlığında partladıldı: 16 ölü. Dəfələrlə avtobus və ya digər sərnişin nəqliyyatı sürücülərinin səhvi ucbatından çoxsaylı ölümlə nəticəli hadisələr baş verib. Bu hadisələr təbii ki, insanlarımızda müəyyən kədər yaradıb, amma Azadlıq prospektində bina yangını qədər coşqulu, etirazlı stress yaratmayıb. Niyə?


Bilirsiniz, insanlarda baş vermiş itkiyə görə kədər hissinin boyüklüyü təkcə itkinin miqyası və ya vacibliyi ilə ölçülmür. Kədər hissinə etiraz və coşqu verən ikinci şərt bu itkini kimin və hansı şəraitin törətməsidir. Fərda 12 nəfəri tək öldürdü və tərbiyə-yaşayış tərzi baxımından bu cür cani xisləti olan insandan bu cinayəti gözləmək də olardı. Düşmən ermənilərin bizim avtobusa bomba qoyması terroru da təəccüb doğurmur. Avtobus sürücüsü səhlənkarlıq edib, qəza törədib çoxsaylı ölümə bais olursa, bu da bir sadə, imkansız bir insanın axmaqlığı kimi qiymətləndirilir və ölümlü itkilərə olan kədər hissinin üzərinə coşqu, qəzəb əlavə etmir.


Azadlıq prospektindəki yanğın faciəsinin səbəbkar günahkarları isə çoxdur, müxtəlifdir. Həm də xalqa qulluq, xalqın rahatlığı üçün nəzərdə tutulmuş, vəzifələr, səlahiyyətlər, imkanlar verilmiş insanlardır: məmurlardır, oliqarx sahibkarlardır. İllərlə sıravi vətəndaş çoxluğuna problem yaradan, insanları bezikdirmə dərəcəsinə çatdıran korrupsiya və məmur özbaşınalığının tipik təzahürüdür bu hadisə. İtkilərin kədəri və yarası üzərinə duz səpib oyanış, qəzəb yaradan amil budur”x9d.


İ.Altay yanğın sonrakı həyata keçirilən həbslərin miqyasının yaxın gələcəkdə daha da geişlənəcəyini vurğuladı:


“Yanğına, təhlükəyə yararlı bina üzlüyü saxtakarlığı ilə bağlı ilk günlərin istintaq- əməliyyat tədbirləri artıq bir neçə oliqarx-sahibkar və məmurun həbsilə nəticələnib. Bu hələ başlanğıcdır. Məsələ ilə bağlı xüsusi dövlət komissiyası yaradılıb. Dövlət rəhbərliyi bu məsələni 1 nömrəli vacib kimi nəzarətə götürüb. Belə təhlükəli, standartlara nəinki yarasrsız, hətta əks olan bina üzlükləri ilə daha 263 yaşayış binası bəzədilib. Bu üzlüklər də təcili sökülür və bu tədbirə dövlət hakimiyyətindən tutmuş ictimaiyyətə, media və sıravi insanlaradək bu söküntüyə adi təbiət hadisəsindən xilas kimi baxırıq. Amma, əslində bu 263 bina üzlüyü məsələsinin hər biri bir cinayət işi qaldırılmasının predmetidir. Dövlət büdcəsinin səmərəsiz və üstəlik, ziyanlı təhlükəli istiqamətdə sərfi, vəzifə cinayətləri baxımından.


Baş vermiş faciəvi yangın hadisəsi əslində az əvvəl başlanmış səs-küylü "maliyyə xəyanəti" adlanan bank-kredit fırıldaqları və bu əsnada aparılan tutqulu-həbsli proseslərlə bağlıdır. Bu, yalandan ölkənin özəl iqtisadi sektorunun inkişafını üzərinə götürmüş bir yaramaz işbazlar sistemidir ölkədə. Sistem fırıldaqçı "sahibkar" və korrupsioner məmur himayədar vəhdəti üzərində qurulub və dövlət və xalq qarşısında ölkənin hərəkət, inkişafverici işgüzar mühiti, ümidi adı ilə pərdələnir.


Bunların milyonlarla kredit pulları mənimsəyib dövləti aldatması hələ işin yarısıdır. İşin digər yarısı bu oğurluq vəsait və səlahiyyətlərdən istifadə etməklə monopoliya hesabına saxta istehsal, ticarət, ictimai-iaşə, turizm və sair şəbəkələr yaratmaqla, milyonlarla sadə istehlakçımızı qeyri-standart, keyfiyyətsiz və hətta, həyat üçün təhlükəli mal-material və xidmətlərlə təmin etməsidir. Bu saxtakarlığın, keyfiyyətsiz hasilatların nəticələrinin ölkənin beynəlxalq imicinə vurduğu zərbə də öz yerində.


Nəticə və xüsusilə faciəvi nəticə budur: dövlətdən götürdüyü milyonlarla kreditlə zavod açır, keyfiyyətsiz bina üzlüyü buraxaraq pulun cox hissəsini mənimsəyir. Oğurladığı pulu müxtəlif səviyyələrdki məmurlara ötürərək buraxdığı mala uygunluq sertifikatı alır, malını zorla reallaşdırır, üzlüklərlə şəhəri "gözəlləşdirir" və etdiyi saxta "hünərə" görə təşəkkür alaraq, işini bitirib cıxıb gedir öz kefinə. Vəssalam. Mexanizm budur. Nəticə isə, bina yanğını faciəsi timsalında məlumdur”x9d.


İ.Altay bina tikintisinin digər sahələrində də oxşar problem və mənimsəmə hallarının mümkünlüyünə diqqət çəkdi:


“Hələ bilmək olmur, bina tikintilərinin digər sahələrində mənimsəmə məqsədli hansı təhlükəli saxtakarlıqlar edilib. Hansı binanın fundamenti necə qoyulub, gələcəkdə nə olacaq. Bilmək olmur, ərzaq sahəsində nələr baş verir, hansı qida maddələrinin tərkibinə monopoliya və məınimsəmə hesabına hansı qeyri-standart maddələr qatılır. Marketlərdə satılan süd məhsulları, bitki yağları, kolbasaların tərkibi nədən ibarətdir. İnsanlarımız nə yeyir, orqanizmləri hansı keyfiyyətsiz zərərli məhsullardan hansı günə düşür.


Bütün başqa sahələrdə eynilə də o cür vəziyyətdir. Və belə getsə, ölkə, dövlət və xalq çox sürprizlərlə üzləşəcək, çox sarsıntılar keçirəcək neçə illərdə fırıldaqçı iş adamı-məmur birliyindən yaranmış dağıdıcı inzibati-iqtisadi mexanizm hesabına.


Bəli, ölkədə köklü dərəcədə iqtisadi islahatların vaxtı çatıb. Bunu bizə milyonlarla vəsait içərisində başını itirmiş "işgüzar" qoçaqlarımız başa saldı. Ölkə iqtisadiyyatının özəl sektorunu zəbt etmiş bu cür qurama "sahibkar" dəstəsindən xilas olunmalıdır. Bu layiqsiz təbəqə hesabına yaranmış yaman şiş kəsilib atılmalıdır. Dövlət məmurunun sahibkarlıq fəaliyyətinə qəti sədd qoyulmalıdır. Bu əməl qanunvericilikdə xüsusi ağır cinayət tərkibli kimi təsdiqini tapmalıdır. Oliqarxiya və monopoliya ölkəni uçuruma aparır və məlum kredit oğurluqlarına, bina yanğınlarına gətirib cıxarır.


Bunu artıq dövlət rəhbərliyi yaxşı bilir və görür, narahatçılıq keçirir. Bununla əlaqıdar dəyişikləri xalq da gözləyir, ictimaiyyət də dəstək verməyə hazırdır”x9d.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO