Azərbaycan Türkiyədən diri quş, quş məhsulları və yumurta idxalını dayandırıb

Azərbaycan Türkiyədən diri quş, quş məhsulları və yumurta idxalını dayandırıb

Hazırda oxunan: Azərbaycan Türkiyədən diri quş, quş məhsulları və yumurta idxalını dayandırıb

77070
Türkiyə ərazisində toyuqlar arasında yüksək patogenli quş qripinin (H5N1) yayılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Dövlət Baytarlıq Müfəttişi Sialə Rüstəmova sərəncam imzalayıb.
"Report"un məlumatına görə, Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədini də dayışan bu sərəncamla 2015-ci il may ayının 5-i tarixindən Türkiyə Respublikasının Balikəsir və ona yaxın olan Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar və Manisa bölgələrindən diri quş, quş məhsullarının və eləcə də damazlıq yumurtaların idxalının müvəqqəti dayandırılmasına göstəriş verilib.
Eyni zamanda sərəncamda Dövlət Xidmətinin Epidemioloji nəzarət və profilaktika sektorunun müdiri K.Əsədova ölkəmizin H5N1 xəstəliyindən qorunması üçün bütün zəruri tədbirlər görməsi tapşırılıb.
Həmçinin Dövlət Xidmətinin Baytarlıq nəzarəti sektorunun müdiri T.Atazadəyə bu sərəncamdan irəli gələn məsələləri həll etməsi və sərəncamı aidiyyəti dövlət qurumlarına və iş adamlarına çatdırılmasının təmin etməsinə göstəriş verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO