Erməni girovdan şok müraciət -  VİDEO

Erməni girovdan şok müraciət - VİDEO

Hazırda oxunan: Erməni girovdan şok müraciət - VİDEO

73923
Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyası Azərbaycan tərəfə könüllü keçən Andranik Qriqoryanın video görüntüsünü yayaıb. Nazirliyin mətbuat xidmətindən Moderator.az -a verilən məlumata görə, videogörüntüdə Qriqoryan ermənilərə müraciət edib. Müraciətdə deyilir:xa0

Mən, Andranik Araratoviç Qriqoryan 1991-ci ildə Martuni rayonunun Berdaşen kəndində anadan olmuşam. 2012-ci lin aprelində müqaviləli hərbi qulluqçu kimi xidmətə çağırılmışam.
2015-ci ilin martın 22-də Azərbaycan tərəfə keçmişəm.

Dağlıq Qarabağda özümü yaxşı hiss etmirdim. Bizə yaxşı baxmırdılar, orda bizimlə pis rəftar edirdilər.

Mən bunun üçün Dağlıq Qarabağdan Azərbaycan tərəfinə keçdim. Bütün hərbi qulluqçuları Azərbaycan tərəfə keçməyə çağırıram.

Ona görə ki, Azərbaycan Respublikasında hərbi qulluqçularla necə rəftar edildiyinin şahidi oldum.xa0

Azərbaycanlılar müharibə istəmirlər, ancaq güclü müdafiə olunurlar.

Bizim rəhbərlər isə bizi aldadır, xalqı öz maraqları xatirinə ölümə göndərirlər.

Mən artıq mənasız savaşdan yorulmuşam, ölmək istəmirəm, mənasız müharibədən yorulmuşam.xa0

Azərbaycan Respublikasında bizə yaxşı baxırlar, yaxşı qulluq edirlər, paltarımı, geyimimi, yeməyimi yaxşı verirlər.

Burada özümü çox yaxşı hiss edirəm.

Bütün silahları yerə qoymağa, əsgərlərin valideynlərini, analarını, bacılarını Azərbaycan Respublikasına keçməyə çağırıram.

Mənim Azərbaycan Respublikasına əsir keçməyimin yalnız bir səbəbi var ”“ ölmək yox, yaşamaq və həyatımı davam etdirməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO