"Hərbi təlimlər və hazırlıqlar bilavasitə müharibəyə hazırlıq üçündür"

Hazırda oxunan: "Hərbi təlimlər və hazırlıqlar bilavasitə müharibəyə hazırlıq üçündür"

72922
Son dövrlərdə həyata keçirilən hərbi təlimlər və hazırlıqlar  bilavasitə müharibəyə hazırlıq üçündür. 

Bunu Moderator.az -a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Onun sözlərinə görə, məhz ona görə də Müdafiə naziri Zakir Həsənov arxa cəbhədəki hərbi hissələrdə deyil, ön cəbhədə, səngərdə ordunun döyüş hazrılığı ilə yaxından tanış olur. “Azərbaycan  işğal altında olan torpalarını hərbi yolla azad olunması istiqamətində gerçək şəkildə bütün tədbirlərə həyata keçrir”x9d, - qeyd edən millət vəkili əlavə etdi ki, “hərbi əməliyyatlara başlanması ilə bağlı qərarın verilməsi ancaq ali baş komandan məxsusdur.Çünki bu zaman hərbi şərait deyil, həmçinin beynəlxalq və regional siyasi proseslər dəyərləndirilməli, optimal zamanda qərar verilməlidir ki, onun real nəticəsi olsun.”x9d

Millət vəkili bildirdi ki, Ali komandan özünün bugünkü Novruz bayramı nitqində də bu məsələ ilə bağlı çox aydın mesajlar verdi: “Odur ki, bu hərbi təlimlər real döyüş şəraitinə uyğun şəkildə həyata keçirilir. Hətta Müdafiə naziri Zakir  Həsənov bir neçə gün öncə hərbi təlimlərlə bağlı  fikrini açıqlayarkən dedi ki,  biz elə hərbi əməliyyatlar keçiririk ki,  bu səhnələr sanki düşmənlə yaşanan səhnənin özüdür. Bu hansısa maket və ya kompyüter üzərində həyata keçrilən bir əməliyyat deyil. Yəni Azərbaycan ordusu bu təlimlərlə qarşıya qoyulan  hədəfləri yerinə yetirməsi məqsədi güdülür. Məhz bunun nəticəsidir ki, artıq  Ermənistan tərəfində bir təlaş yaşanmaqdadır. Ermənistan rəsmiləri artıq əvvəlki kimi sərt bəyantlar verməkdən çəkinirlər. Onlar bu riski nəzərə alırlar.”x9d
 Hərbi əməliyyatlar başlayacağı təqdirdə Rusiyanın roluna toxunan millət vəkili bildirdi ki, o zaman Rusiyanın Azərbayacana  hər hansı mənfi təsirini gözləmirəm: “Çünki beynəlxalq mürəkkəb şəraitə baxmayaraq   Azərbayacna antirusiya cəbhəsində yer almadan fəaliyyət aparmaqdadır. Digər tərəfdən Ermənistanın maraqların olmayan və əleyhinə olan daha bir hadisə baş verməkdədir. O da Azərbaycanın Türkivə və Rusiya üçbucağında ilə enerji ittifaqı formalaşdırılması istiqamətində gözəl zəminin yaranmasıdır. Bu da Ermənistanın ziyanına işləyən ciddi amildir. Elə ona görə də Serj Sərkisyan  yaranmış vəziyyətdən narazılığını ifadə edərək, Rusiyanı Azərbayacana silah satmaqda ittiham edib. Çünki Azərbaycan  hərbi sistemini müharibə fundamenti üzərində qurur və bunu həyata keçirdiyi iqtisadi sahədəki siyasətində və büdcənin formalaşdırlmasında da nəzərə alır.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO