Müəllim heyətinə 7 gün müddətində təlim keçirilib.
Bu gün Təhsil Nazirliyinin və “Edumedia-Azərbaycan”x9d təşkilatının birgə təşkilatçılığı ilə yeni bir layihə nümayiş etdirilib.
Oxu.Az xəbər verir ki, Bakıdakı 24 saylı tam orta məktəbdə fizika, kimya və biologiya fənləri üçün nəzərdə tutulan layihə çərçivəsində müəllim və şagirdlərə elmi təcrübələri sadə bir cihazın və proqram təminatının köməkliyi ilə əyani müşahidə etməyə imkan verən Labdisc cihazı nümayiş etdirilib.
Keçirilən açıq dərs zamanı 8-ci sinif şagirdləri bu cihaz vasitəsilə istilik balans təhlili, isti və soyuq suyun temperaturunu ölçməsi, səs dalğaların təhlili, qüvvə, maqnit sahəsi, tənəffüs, CO2, gərginlik və ürək nəbzinin təcrübəsini aparıblar.
Globisens sorğu əsaslı öyrənmə zamanı eksperimentlərin mümkün diapozonunu genişləndirmək məqsədilə dəqiqliklə seçilmiş xarici sensorlardan istifadə edərək Labdisc üçün daxilə quraşdırılmış sensor diapozonunu tamamlayıb. Proqram təminatının simulyasiya modulundan istifadə etməklə şagirdlər riyazi simulyasiyanı Labdisc sensorları ilə yerinə yetirilən real ölçüləri müqayisə edə bilərlər.
Cihaz və proqram təminatından ibarət olan qurğu, həmçinin Azərbaycan, Rus və İngilis dillərini dəstəkləyir və Windows və Android istifadəçiləri tərəfindən asanlıqla istifadə oluna bilər.
Təhsil Nazirliyi və “Edumedia-Azərbaycan”x9d şirkətinin birgə əməkdaşlığı ilə bu cihazlardan istifadəni təmin etmək üçün Globisens şirkətinin mütəxəssislərini Azərbaycana dəvət edərək 25 nəfərdən ibarət müəllim heyətinə 7 gün müddətində təlim keçirilib. Təhsil Nazirliyinin göstərişlərinə əsasən ilk dəfə tətbiq edilən bu cihazların digər məktəblərə də paylanacağı nəzərdə tutulub.
































































































