Əfv sərəncamı İşçi Qrupu qane etməyib

Əfv sərəncamı İşçi Qrupu qane etməyib

Hazırda oxunan: Əfv sərəncamı İşçi Qrupu qane etməyib

66516

Dekabrın 30-da imzalanan əfv sərəncamı gözlənilən nəticəni vermədi. 2013-cü ilin oktyabrında təsis olunan İnsan Haqları üzrə Birgə İşçi Qrupun Əfv Komissiyasına təqdim etdiyi 27 nəfərlik siyahıdan yalnız 10 nəfər məhbus azadlığa çıxdı.



Əfv sərəncamı verilən ərəfədə İşçi Qrupunun üzvləri azadlığa çıxacaq məhbus siyahısının geniş olacağı barədə ümidverici açıqlamalar versələr də, gözlənildiyi kimi olmadı. 
İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı əfv sərəncamının onları qane etmədiyini söylədi: “Bütünlüklə demək olmaz ki, əfv bizi qane etmədi. 87 nəfər məhbusun həyatına biganə yanaşmaq olmaz. Amma ümumi götürəndə bizi qane etmədi. Bütün bunlara baxmayaraq, 87 nəfər ailəsinə qovuşubsa, bu müsbət haldır. Çox istərdim ki, onlar 87 yox, 187 olsun. Arzu edirəm ki, ölkəmizdə siyasi məhbuslar problemi həll olunsun. İnsanları əfv siyahısına saldırmaq çox çətindir. 

Bu, prezidentin səlahiyyətindədir. İşçi Qrupu, bildiyimiz kimi, oktyabrda təsis olunub. Qısa müddətdə biz məhbusların bir hissəsinin siyahısını hazırlayıb, Əfv Komissiyasına təqdim etdik. Onlardan 10-nun azad olunmasına çox sevindik. Çox istərdik ki, ölkədə amnistiya olsun. Xatırladaq ki, bir müddət əvvəl Mehriban xanım bu məsələni qaldırmış və amnistiya olmuşdur. Konkret əfv sərəncamına qiymət versək, onu deyə bilər ki, 87 nəfərin azadlığa çıxması olduqca müsbət haldır. Amma bunların içərisində siyasi məhbusların az olması bizi qane etmədi”x9d.


Mirvari Qəhrəmanlı bundan sonra İşçi Qrupunun görəcəyi işlərdən də söz açdı: “Əvvəlcə biz özümüz yığışacağıq. İl təzə başlayıb. Həmkarların çoxu yerində deyil. Yəqin ki, yaxın günlərdə toplaşıb, ötən ilə qiymət verəcəyik. Öz aramızda müəyyən problemi, gündəliyi müzakirə edəcəyik. Öz gündəliyimizi də hazırlayacağıq. Son iki ayda gördüyümüz işləri müzakirəyə çıxaracağıq. Mən xahiş edəcəm ki, gündəliyə ilk növbədə siyasi məhbuslar salınsın. Amnistiya təbii ki, bizlik deyil. Amma bu məsələni qaldıracağıq. Çünki İşçi Qrupunda parlament nümayəndələri də var”x9d.

Əfvə düşməyən məhbuslardan Müsavat başqanının müavini Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttah sərəncamla bağlı bunları dedi: “Yadigar bəylə əfvdən sonra görüşməmişəm. Amma telefonla əlaqəmiz olub. O, azadlığa çıxan məhbusları təbrik etdi. Əfvə münasibəti birmənalıdır, sərəncamı uğursuz bir sənəd kimi qiymətləndirir”x9d.


Müsavat başqanının həbsdəki digər müavini Fərəc Kərimli və qardaşı Sirac Kərimlinin atası  bayramdan sonra övladları ilə görüşdüyünü söylədi: “Elə bir yenilik yoxdur. Müstəntiq Siracla bağlı istintaqı yekunlaşdırdığını bildirib. Hazırda övladlarım bir yerdə qalırlar. Vəziyyətləri normaldır. Fərəcin istintaqı hələ bitməyib. Siracın göz ağrıları var. Deyir ki, kitab oxuya bilmirəm. Tutulan zaman başına zərbə vurublar. Ondan ola bilər”x9d.
“Ayna-Zerkalo”x9d qəzetinin əməkdaşı Rauf Mirqədirovun vəkili Elmar Süleymanov istintaqla bağlı heç bir yeniliyin olmadığını qeyd etdi: “Yaxın günlərdə Rauf Mirqədirovla görüşəcəm. Bayram günləri ilə əlaqədar mümkün olmurdu. İstintaqı əvvəlki qaydadadır. Formal şəkildə aparılır. Yeni istintaq hərəkəti yoxdur. Bu gedişlə həbs müddətinin yenidən artırılacağı ehtimalı yüksək olsa da, nəsə bu barədə bir fikir söyləmək olduqca çətindir. Saxlanma şəraitindən narazılığı yoxdur. İşindən Avropa Məhkəməsinə şikayətlərimizi göndərmişik”x9d.

musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO