Avropa Şurasının baş katibinin Azərbaycandakı xarici ölkə səfirlərini siyasi çalarlı məhkəmə proseslərində iştirak etməyə çağırması müxalif düşərgədə maraqlı müzakirə və fikirlərə səbəb olmaqdadır. Hər kəsi ən çox düşündürən isə bir məsələ var ”“ xarici ölkə səfirlərinin məhkəmə proseslərində iştirakı siyasi sifarişlim məhkəmə qərarlarına mane ola bilərmi?
Bununla
bağlı Moderator.az-a açıqlama verən Müsavat Partiyasının Divan üzvü Vəfa Cümşüdlü xarici ölkə səfirlərinin məhkəmə
proseslərində iştirakının verilən qərarlara təsir göstərməyəcəyini vurğuladı:
“Həqiqətən
də Azərbaycanda nəinki insan haqları, eyni zamanda azad söz, mətbuat azadlığı da acınacaqlı durumdadır. Belə bir vəziyyətin olması artıq Azərbaycan sərhədlərini
keçib. Bunu dünyada demokratiya istəyən qurumlar tərəfindən dəfələrlə səsləndirilib,
hesabatlarında göstəriblər. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti vəziyyəti
düzəltmək əvəzinə uşaq kimi inad edir və siyasi məhbuslar kimi birinciliyi
götürüb. O ki qaldı xarici ölkə səfirlərinin məhkəmələrdə iştirakına, onların məhkəmə
proseslərində iştirakı o mənada yaxşıdır ki, bir daha
məhkəmə
sisteminin azad olmamasını, onların saxta ittihamlarla hakimiyyətin girovluğuna
çevrildiyinin şahidi olsunlar. Hakimiyyətin bundan əndişələnib guya ki,
düzgün məhkəmə keçirəcək, ona inanmıram. Ən azından siyasi sifarişli məhkəmələrdə
2003-cü ildən bəri iştirak edirəm. Orda ATƏT-in, Amerikanın səfirliyindən nümayəndələri
də iştirak edib. Amma nəticə ortadadır”.
Seymur
Əliyev
































































































